"Azərikard"-la hava limanında avtodayanacaq haqqı avtomatik ödəniləcək.

12 İyul 2019, 00:00

Azərbaycanda ilk və ən böyük prosessinq mərkəzi olanAzərikard” “PremiumBankla birgə yeni layihəyə başladı.  ArtıqAzərikard” - “PremiumBank mobil əlavəsi istifadəçiləri hava limanında park ödənişi növbəsində vaxt itirməyəcəklər, belə ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında dayanacaq haqqı həmin müştərilər üçün avtomatik ödəniləcək.
Mobil bank istifadəçiləri hər zaman olduğu kimi hava limanına daxil olduqda ödəniş qəbzini (kartını) əldə edirlər. Lakin dayanacağı tərk etdikdə ödəniş növbəsində vaxt itirmədən 6 nömrəli çıxışda kartı geri qaytarıb birbaşa yollarına davam edirlər. Ödəniş isə avtomatik icra edilir.
Bunun üçün sadəcə mobil bank tətbiqində (IOS istifadəçiləri üçün https://apple.co/30pdysG ), (Android istifadəçiləri üçün http://bit.ly/30fbhA6) avtomobilin dövlət qeydiyyat nömrəsini qeyd edib şablon yaratmaq lazımdır.
Ətraflı məlumat üçün link daxil olaraq çarxı izləyə https://www.youtube.com/watch?v=GG35l9ewXqk və ya 194 Məlumat mərkəzinə zəng edə bilərsiniz.