KOTİROVKA ELANI. Maliyyə auditi
31 Avqust 2020, 00:00
Azərikard MMC aşağıda adları qeyd edilən xidmətin satın alınması məqsədi ilə tender elan edir:
№ |
Xidmətin adı |
Müddət |
Qeyd |
1 |
2020-ci il üzrə illik maliyyə göstəriciləri üzrə maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun auditinin keçirilməsi |
1 illik |
Maliyyə auditi 01.10.2020-ci il tarixində başlamalı və 01.02.2021-ci il tarixinədək bitməlidir.
|
Qeyd 1: İddiaçı şirkətə tələblər:
- Azərbaycan Respublikasında minimum 5 il fəaliyyət göstərməli;
- Son 3 il ərzində Prosessinq xidməti göstərən təşkilat və / və ya bank sektorunda kənar audit fəaliyyəti göstərmiş olmalı;
- Audit rəyi Azərbaycan və İngilis dillərində təqdim olunmalı.
Maraqlı təşkilatlar əlavə sulları olarsa,əlaqələndirici şəxs 0125052151 (daxili 8073) nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Texniki tələblərin əldə olunması üçün vusala.mammadova@azericard.com elektron poçt ünvanına müraciət edə bilərsiniz.
Kotirovka sorğusunda iştirak etmək üçün şifrələnmiş qiymət təklifləri 09.09.2020-ci il, saat 18:00-a qədər TenderKomissiyasi@azericard.com elektron ünvanına göndərilə bilər. Şifrələr təkliflərin açılışı zamanı göndərilməlidir.
Təkliflərin açılma tarixi 10.09.2020-ci il, saat 15:00 təyin edilmişdir.
Hörmətlə,
Tender Komissiyası