Server və Cisco

19 İyun 2020, 00:00

Tender elanı. Server və Cisco.

19 İyun 2020, 00:00:

Azərikard MMC aşağıda adları qeyd edilən avadanlıqların satın alınması məqsədi ilə tender elan edir:

Lot

Xidmətin  adı

Miqdar

İştirak haqqı

Qeyd

1.

SERVER

 

Prosessor (CPU) – 2 əd. Intel Xeon Gold 6258R

Operativ yaddaş (RAM) – 12 əd. 64GB 4 kanallı yaddaş;

Şəbəkə adapteri (Network adapter)-  2əd. 10gbit Ethernet adapteri;

Disk (Disk drive)- 8GB Dual MicroSD;

Optik adapter (HBA) - 16gbit 2 portlu (dual port) LC Fiber optik adapter (LC fiber channel HBA), SFP transiverlər (with SFP modules);

Rək-а bağlantı dəsti (Rack mount rail kit);

 

10

450 AZN (ƏDV daxil)

Üstünlük HP, Dell, Lenovo, Cisco istehsalçılarına veriləcək,lakin digər istehsalçılara məxsus avadanlıqlar da nəzərdən keçiriləcək.

Ən azı 3 il zəmanət və dəstək xidməti

 

 

Rək üçun elektrik paylayicılar - Rack Vertical PDU 32A, outlets - C13 (32), C19 (6).

 

2

 

Optik kabel - Dual LC SAN fiber channel cable, 15m

 

20

2.

Cisco avadanlıqlar

 

 

Cisco C9200-24P

1 ədəd

450 AZN

(ƏDV daxil)

Ən azı 3 il dəstək xidməti

 

Cisco C9200-48P

6 ədəd

 

Cisco C9200-24T

4 ədəd

 

Cisco C9200-48T

2 ədəd

 

Cisco C9300-48T, stackwise (1x PowerStack's, 1x Stack's)

4 ədəd

 

Cisco C9300-48T, stackwise (1x PowerStack's, 1x Stack's)

2 ədəd

 

10Gig Ethernet Transceivers

4 ədəd

 

10Gig SFP Transceiver for Catalyst

4 ədəd

 

Tenderdə iştirak etmək istəyənlərə təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə (üzərində “Tender təklifi” qeyd ilə) yazılı surətdə və ya şifrələnmiş elektron sənəd şəklində təqdim etsinlər (şifrə birbaşa təklif açılması zamanı şirkət tərəfindən bildirilməklə).

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi hüquqi, maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər qeyd edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Bül-Bül pr. 54 ünvanından (Əlaqələndirici şəxs: Qarayeva Banu, telefon 012-5052151, daxili 8076, [email protected]) əldə edə bilərlər.

İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:

Hesab:            AZ79IBAZ40060019449311555120

VÖEN:            1400318341

Bank:              Azərbaycan Beynəlxalq Bankı ASC Müştəri Xidməti Departamenti

 Kod:                805250

VÖEN:            9900001881

M/H:                AZ03NABZ01350100000000002944

SWIFT:           IBAZAZ2X

 İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət,
  2. Tender iştirak haqqının ödənilməsi barədə bank sənədi,
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır),
  4. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən az 60 bank günü qüvvədə olmalıdır),
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış,
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında bank arayışı,
  7. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri,
  8. İddiaçının əvvəllər analoji təcrübələri haqqında məlumat,
  9. İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Azərikard” MMC üçün malların/xidmətlərin/işlərin satın alınması işinin təşkili üçün daxili təlimata əsasən keçiriləcəkdir.

İddiaçılar yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 07.07.2020-ci il, saat 18:00-a qədər, tender təklifini və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 14.07.2020-ci il, saat 18:00-a qədər Bakı şəhəri, Bül-Bül pr. 54 ünvanına təqdim etməlidirlər.

İddiaçıların təklifləri 15.07.2020-ci il, saat 15:00-da Bakı şəhəri, Bül-Bül pr. 54 ünvanında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri müvafiq etibarnamə və şəxsiyyət vəsiqələrini təqdim etməklə iclasda iştirak edə bilərlər -  iclas ZOOM proqramı vasitəsi ilə online keçiriləcək. İştirak edəcək nümayəndənin soyadı, adı və elektron poçt ünvanı əsas sənədlərlə birlikdə elektron şəkildə təqdim edilməlidir.

Hörmətlə,

Tender komissiyası