Kotirovka elanı-Teltonika modemləri

05 İyul 2024, 00:00

KOTİROVKA ELANI

“Azərikard” MMC üçün aşağıdakı məhsulların kotirovka sorğusu ilə satın alınması məqsədi ilə elan edir.

Adı

Say

1.

İMEİ qeydiyyatlı Teltonika RUT951 2xsim kartlı modem (zəmanətli)

70

 

QEYD: Təhvil-təslim müddəti mütləq qeyd olunmalıdır.

             Avadanlıqlar zəmanətli olmalıdır.

Maraqlı təşkilatlar əlavə sualları olarsa,  0125052151 (daxili 8184) nömrəsi ilə  əlaqə saxlaya  bilərlər. 

Qiymət təklif edən şirkət, AR qanunlarına əsasən fəaliyyət göstərməli, təklif verdiyi xidmət üzrə müvafiq zəruri sertifikatlara malik olmalı və təkliflərlə təqdim etməlidir.

Malgöndərən (podratçı) tərəfindən təklif olunan qiymət kotirovkaları malların/xidmətin  qiymət də­yə­rindən başqa, nəqliyyat, sığorta, vergi, gömrük rüsum­ları və digər xərcləri nəzərə almaqla göstərilməlidir. Kotirovkanın qiyməti manatla göstərilməlidir və təklifin qüvvədə olma müddəti (minimum 1 ay) mütləq şəkildə qeyd edilməlidir. Xarici iddiaçılar qiyməti sərbəst dönərli valyuta ilə göstərə bilərlər. Xarici valyutadakı qiymətlər, təklifin açıldığı gün AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə qiymətləndiriləcək və təklif qüvvədə olma müddətinin sonuna kimi dəyişilməz qalacaq.

Avans ödənişi olduğu təqdirdə kotirovka sorğusunun qalibi müqavilə imzalandıqdan sonra 5 (beş) bank günü ərzində avans məbləğinin 100% həcmində bank təminatını təqdim etməlidir.

 

Malların (işlərin və xidmətlərin) qiymət kotirovkaları şifrələnmiş şəkildə Zoom vasitəsilə[email protected]  elektron ünvanına iclas zamanı göndərilməlidir.

 

Təkliflərin açılma tarixi –15.07.2024-cü il saat 16:10-da müəyyən edilir. (Zoom proqramı vasitəsilə)

Təkliflərin şifrələri iclasda iştirak edən nümayəndə tərəfindən və ya [email protected] elektron poçt vasitəsilə yalnız iclas zamanı bildirilməlidir.

Qeyd: Təkliflərin  açılışı zamanı iddiaçı şirkətin nümayəndəsi iştirak etmək üçün [email protected] elektron poçt ünvanına nümayəndə barədə məlumatları (etibarnamə, şəxsiyyət vəsiqəsi və elektron poçt ünvanı) 12.07.2024-cü il, saat 18:00-a qədər göndərilməlidir.

 

Satınalma Komissiyası!