Kotirovka elanı! VMware WorkspaceONE lisenziyaları.

05 İyun 2024, 00:00

“Azərikard” MMC üçün aşağıdakı məhsulu kotirovka sorğusu ilə satın alınması məqsədi ilə elan edir.

 

Predmet

1

Mövcud “VMware WorkspaceONE” lisenziyalarının müddətinin 1 illik uzadılması

 

QEYD: Təhvil-təslim müddəti mütləq qeyd olunmalıdır.

Maraqlı təşkilatlar əlavə sualları olarsa,  0125052151 (daxili 8184) nömrəsi ilə  əlaqə saxlaya  bilərlər. 

Texniki suallarla bağlı, 0125052151 (daxili 8097) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Satınalma müqaviləsi üzrə ödənişlər aşağıdakı qaydada  aparılacaqdır:

Tərəflərin razılığı ilə

Malgöndərən (podratçı) tərəfindən təklif olunan qiymət kotirovkaları malların/xidmətin  qiymət də­yə­rindən başqa, nəqliyyat, sığorta, vergi, gömrük rüsum­ları və digər xərcləri nəzərə almaqla göstərilməlidir. Kotirovkanın qiyməti manatla göstərilməlidir və təklifin qüvvədə olma müddəti (minimum 1 ay) mütləq şəkildə qeyd edilməlidir. Xarici iddiaçılar qiyməti sərbəst dönərli valyuta ilə göstərə bilərlər. Xarici valyutadakı qiymətlər, təklifin açıldığı gün AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə qiymətləndiriləcək və təklif qüvvədə olma müddətinin sonuna kimi dəyişilməz qalacaq.

Avans ödənişi olduğu təqdirdə kotirovka sorğusunun qalibi müqavilə imzalandıqdan sonra 5 (beş) bank günü ərzində avans məbləğinin 100% həcmində bank təminatını təqdim etməlidir.

 

Malların (işlərin və xidmətlərin) qiymət kotirovkaları şifrələnmiş şəkildə Zoom vasitəsilə[email protected]  elektron ünvanına iclas zamanı göndərilməlidir.

 

Təkliflərin açılma tarixi –12.06.2024-cü il saat 15:00-da müəyyən edilir. (Zoom proqramı vasitəsilə)

Təkliflərin şifrələri iclasda iştirak edən nümayəndə tərəfindən və ya [email protected] elektron poçt vasitəsilə yalnız iclas zamanı bildirilməlidir.

Qeyd: Təkliflərin  açılışı zamanı iddiaçı şirkətin nümayəndəsi iştirak etmək üçün [email protected] elektron poçt ünvanına nümayəndə barədə məlumatları (etibarnamə, şəxsiyyət vəsiqəsi və elektron poçt ünvanı) 11.06.2024-cü il, saat 18:00-a qədər göndərilməlidir.

 

Hörmətlə,

Satınalma Komissiyası