Tender elanı! İT avadanlıqlar.

30 Aprel 2024, 00:00

Azərikard MMC aşağıda qeyd edilən avadanlıqlarının satın alınması məqsədi ilə açıq tender elan edir:

Predmet

İştirak haqqı

Monitor (HP E27 G5, DELL 2721H, HP P27 G5, HP M27F və ya eyni parametrli 2K/FHD HDMI model) Yalnız professional istifadə üçün nəzərdə tutulmuş monitorlar olmalı

100 AZN (ƏDV daxil)

PC iş stansiyası (HP, DELL, LENOVO | Core i5, 256 SSD/NVME, 8GB DDR + Keyboard and Mouse kit,  əvvəlcədən quraşdırılmamış əməliyyat sistemi (without preinstalled OS)  Year of Model 2023 + Business PC  

Yalnız professional istifadə üçün nəzərdə tutulmuş PC olmalı

MacBook 14/15/16” MacBook Pro M2 or M3 + 16GB RAM 256SSD+ (Mac ucun adapter HDMI + Ethernet 1Gb + 2 USB 3.0 + 2 Type-C)

Notbuk  arzu olunan 14 və ya 15.6” Core i7 16GB RAM 256SSD+ ( Modelin ili 2023+ Business Laptops) Yalnız professional istifadə üçün nəzərdə tutulmuş notbuklar olmalı

Notbuk 15.6” Core i5 8GB RAM 256SSD (Modelin ili 2023+ Business Laptops) Yalnız professional istifadə üçün nəzərdə tutulmuş notbuklar olmalı

 

Tenderdə iştirak etmək istəyənlərə təklif edilir ki, öz tender təkliflərini şifrələnmiş elektron sənəd şəklində təqdim etsinlər (şifrə birbaşa təklif açılması zamanı şirkət tərəfindən bildirilməklə və ya iclas zamanı müvafiq elektron ünvana göndərilməklə).

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi hüquqi, maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər qeyd edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra əsas şərtlər toplusunu [email protected] elektron ünvanından əldə edə bilərlər. (Əlaqələndirici şəxs: Rəhimova Nərminə, telefon 012-5052151, daxili 8184, [email protected], Əsmər Əliyeva, telefon 012-5052151, daxili 8119, [email protected] ).

İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:

Hesab:           AZ79IBAZ40060019449311555120

VÖEN:            1400318341

Bank:             Azərbaycan Beynəlxalq Bankı ASC Müştəri Xidməti Departamenti

Kod:                805250

VÖEN:            9900001881

M/H:                AZ03NABZ01350100000000002944

SWIFT:           IBAZAZ2X

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət,
  2. Tender iştirak haqqının ödənilməsi barədə bank sənədi,
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır),
  4. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən az 60 bank günü qüvvədə olmalıdır),
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış,
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında bank arayışı,
  7. iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  8. iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları(MAF, PAF, rəsmi partnyorluğunu təsdiq edən sənədlər, xidmət göstərilərsə, mütəxəssislərin müvafiq xidmət üzrə sertifkatları;
  9. iddiaçı qeyri-rezident olduğu halda qeyri-rezident hesab edilən iddiaçının vergi rezidentliyini müəyyən etmək məqsədi ilə həmin şəxslər vergi rezidentliyini təsdiq edən sənədi (sertifikatı) təqdim etməlidir;
  10. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri,
  11. İddiaçının əvvəllər analoji təcrübələri haqqında məlumat,
  12. İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
  13. Əsas şərtlər toplusunda digər tələb olunan sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. (Xarici iddiaçılar İngilis dilində tərtib olunmuş sənədləri və tender təklifləri təqdim edə bilərlər).

Tender proseduru “Azərikard” MMC üçün malların/xidmətlərin/işlərin satın alınması işinin təşkili üçün daxili qaydalarına əsasən keçiriləcəkdir.

İddiaçılar yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 14.05.2024-cü il, saat 18:00-a qədər [email protected], şifrələnmiş qiymət təkliflərini və bank təminatını isə 21.05.2024-cü il, saat 15:00-da Zoom vasitəsilə[email protected]  elektron ünvanına iclas zamanı göndərilməlidir.

İddiaçıların təklifləri 21.05.2024-cü il, saat 15:00-da ZOOM proqramı vasitəsi ilə onlayn iclasda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri müvafiq etibarnamə və şəxsiyyət vəsiqələrini təqdim etməklə iclasda iştirak edə bilərlər - iclas ZOOM proqramı vasitəsi ilə online keçiriləcək. İştirak edəcək nümayəndənin soyadı, adı və elektron poçt ünvanı əsas sənədlərlə birlikdə elektron şəkildə təqdim edilməlidir.

Hörmətlə,

Satınalma komissiyası