Kotirovka elanı! Kondisionerlərin alınması.

22 May 2023, 00:00

   “Azərikard” MMC üçün aşağıdakı avadanlıqları kotirovka sorğusu  ilə satın alınması məqsədi ilə elan edir.

Adı

Say

1

12000 BTU split tipli kondisioneri (montaj və demontaj işləri)

3

2

9000 BTU split tipli kondisioneri  (montaj və demontaj işləri)

6

 

QEYD: Təhvil-təslim müddəti mütləq qeyd olunmalıdır.

  1. ON OFF tipli
  2. Kran xidməti (zərurət yaranarsa).
  3. Samsung, LG, GREE markalı kondisionerlərə üstünlük verilir.
  4. Çatdırılma və quraşdırılma xidməti
  5. Cari kondisionerlərin demontaj işləri
  6. Quraşdırma zamanı iç və çöl aqreqat arasında məsafə nəzərə alınmaqla əlavə boru və kabel qiymətinin bildirilməsi
  7. Cari kondisionerlərin (Midea, Lg) satın alınması və ya təklifdə nəzərə alınması.

Eyni zamanda təklif təqdim etməzdən öncə 0125052151 (daxili 8081) nömrəsi ilə əlaqə saxlayıb, inzibati sahəyə baxış keçirmək mümkündür.

Maraqlı təşkilatlar əlavə sualları olarsa,  0125052151 (daxili 8184) nömrəsi ilə  əlaqə saxlaya  bilərlər.

Qiymət təklif edən şirkət, AR qanunlarına əsasən fəaliyyət göstərməli, təklif verdiyi xidmət üzrə müvafiq zəruri sertifikatlara malik olmalı və təkliflərlə təqdim etməlidir.

Malgöndərən (podratçı) tərəfindən təklif olunan qiymət kotirovkaları malların/xidmətin  qiymət də­yə­rindən başqa, nəqliyyat, sığorta, vergi, gömrük rüsum­ları və digər xərcləri nəzərə almaqla göstərilməlidir. Kotirovkanın qiyməti manatla göstərilməlidir və təklifin qüvvədə olma müddəti (minimum 1 ay) mütləq şəkildə qeyd edilməlidir. Xarici iddiaçılar qiyməti sərbəst dönərli valyuta ilə göstərə bilərlər. Xarici valyutadakı qiymətlər, təklifin açıldığı gün AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə qiymətləndiriləcək və təklif qüvvədə olma müddətinin sonuna kimi dəyişilməz qalacaq.

Kotirovka sorğusunda iştirak etmək üçün şifrələnmiş qiymət təklifləri 30.05.2023-cü il, saat 18:00-a qədər [email protected]  elektron ünvanına  göndərilə bilər. Şifrələr təkliflərin açılışı zamanı göndərilməlidir.

Təkliflərin şifrələri iclasda iştirak edən nümayəndə tərəfindən və ya [email protected] elektron poçt vasitəsilə yalnız iclas zamanı bildirilməlidir.

Təkliflərin açılma tarixi –31.05.2023-cü il saat 15:00-da müəyyən edilir.(Zoom vasitəsilə)

Qeyd: Təkliflərin  açılışı zamanı iddiaçı şirkətin nümayəndəsi iştirak etmək üçün [email protected] elektron poçt ünvanına nümayəndə barədə məlumatları (etibarnamə, şəxsiyyət vəsiqəsi və elektron poçt ünvanı) 30.05.2023-cü il, saat 18:00-a qədər göndərilməlidir.

Hörmətlə,

Tender Komissiyası