Kotirovka elanı! HSM qurğularına dəstək xidməti.
16 May 2023, 00:00
KOTİROVKA ELANI
“Azərikard” MMC üçün aşağıdakı xidmətinin kotirovka sorğusu ilə satın alınması məqsədi ilə elan edir.
№ |
Adı |
Say |
1. |
Safenet HSM qurğularına 1 illik dəstək xidməti |
2 ədəd |
QEYD: Təhvil-təslim müddəti mütləq qeyd olunmalıdır.
Maraqlı təşkilatlar əlavə sualları olarsa, 0125052151 (daxili 8184) nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Texniki suallarla bağlı, 0125052151 (daxili 8097) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Qiymət təklif edən şirkət, AR qanunlarına əsasən fəaliyyət göstərməli, təklif verdiyi xidmət üzrə müvafiq zəruri sertifikatlara malik olmalı və təkliflərlə təqdim etməlidir.
Malgöndərən (podratçı) tərəfindən təklif olunan qiymət kotirovkaları malların/xidmətin qiymət dəyərindən başqa, nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərcləri nəzərə almaqla göstərilməlidir. Kotirovkanın qiyməti manatla göstərilməlidir və təklifin qüvvədə olma müddəti (minimum 1 ay) mütləq şəkildə qeyd edilməlidir. Xarici iddiaçılar qiyməti sərbəst dönərli valyuta ilə göstərə bilərlər. Xarici valyutadakı qiymətlər, təklifin açıldığı gün AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə qiymətləndiriləcək və təklif qüvvədə olma müddətinin sonuna kimi dəyişilməz qalacaq.
Kotirovka sorğusunda iştirak etmək üçün şifrələnmiş qiymət təklifləri 24.05.2023-cü il, saat 18:00-a qədər Tender@azericard.com elektron ünvanına göndərilə bilər. Şifrələr təkliflərin açılışı zamanı göndərilməlidir.
Təkliflərin şifrələri iclasda iştirak edən nümayəndə tərəfindən və ya TenderKomissiyasi@azericard.com elektron poçt vasitəsilə yalnız iclas zamanı bildirilməlidir.
Təkliflərin açılma tarixi 25.05.2023-cü il, saat 16:00 təyin edilmişdir. (Zoom vasitəsilə)
Qeyd: Təkliflərin açılışı zamanı iddiaçı şirkətin nümayəndəsi iştirak etmək üçün TenderKomissiyasi@azericard.com elektron poçt ünvanına nümayəndə barədə məlumatları (etibarnamə, şəxsiyyət vəsiqəsi və elektron poçt ünvanı) 24.05.2023-cü il, saat 18:00-a qədər göndərilməlidir.
Hörmətlə,
Tender Komissiyası