Kotirovka elanı! FM 200 avadanlığı.

05 May 2023, 00:00

“Azərikard” MMC aşağıdakı mallarını kotirovka sorğusu ilə satın alınması məqsədi ilə elan edir.

Predmet

 

“FM-200” avadanlığı, quraşdırılması və texniki dəstəyi

 

Qeyd : Çatdırılma müddəti mütləq qeyd olunmalıdır.

İddiaçılar Texniki şərtləri Narmina.Rahimova@azericard.com ünvanından əldə edə bilərlər.

Maraqlı təşkilatlar əlavə sualları olarsa,  0125052151 (daxili 8184) nömrəsi ilə  əlaqə saxlaya  bilərlər.

Texniki suallarla bağlı, 0125052151 (daxili 8085) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Malgöndərən (podratçı) tərəfindən təklif olunan qiymət kotirovkaları malların/xidmətin  qiymət də­yə­rindən başqa, nəqliyyat, sığorta, vergi, gömrük rüsum­ları və digər xərcləri nəzərə almaqla göstərilməlidir. Kotirovkanın qiyməti manatla göstərilməlidir və təklifin qüvvədə olma müddəti (minimum 1 ay) mütləq şəkildə qeyd edilməlidir. Xarici iddiaçılar qiyməti sərbəst dönərli valyuta ilə göstərə bilərlər. Xarici valyutadakı qiymətlər, təklifin açıldığı gün AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə qiymətləndiriləcək və təklif qüvvədə olma müddətinin sonuna kimi dəyişilməz qalacaq.

Qiymət təklif edən şirkət, AR qanunlarına əsasən fəaliyyət göstərməli, təklif verdiyi xidmət üzrə müvafiq zəruri sertifikatlara malik olmalı və təkliflərlə təqdim etməlidir.

Kotirovka sorğusunda iştirak etmək üçün şifrələnmiş qiymət təklifləri 11.05.2023-cü il, saat 18:00-a qədər Tender@azericard.com  elektron ünvanına  göndərilə bilər. Şifrələr təkliflərin açılışı zamanı göndərilməlidir.

Təkliflərin şifrələri iclasda iştirak edən nümayəndə tərəfindən və ya TenderKomissiyasi@azericard.com elektron poçt vasitəsilə yalnız iclas zamanı bildirilməlidir.

Təkliflərin açılma tarixi  12.05.2023-cü il, saat 12:00 təyin edilmişdir. (Zoom vasitəsilə)

Qeyd: Təkliflərin  açılışı zamanı iddiaçı şirkətin nümayəndəsi iştirak etmək üçün TenderKomissiyasi@azericard.com elektron poçt ünvanına nümayəndə barədə məlumatları (etibarnamə, şəxsiyyət vəsiqəsi və elektron poçt ünvanı) 11.05.2023-cü il, saat 18:00-a qədər göndərilməlidir.

Hörmətlə,

Tender Komissiyası