Kotirovka elanı! Kondisionerlərin alınması.

29 Mart 2022, 00:00

KOTİROVKA ELANI

   “Azərikard” MMC üçün aşağıdakı avadanlıqları kotirovka sorğusu  ilə satın alınması məqsədi ilə elan edir.

Lot

Adı

Say

1

“Mitsubishi Electric” (inverter) 12000 BTU split tipli kondisioneri (montaj və demontaj işləri)

2

2

Split 9000 BTU kondisioneri (divar tipli)  və montaj işləri

1

 

QEYD: Təhvil-təslim müddəti mütləq qeyd olunmalıdır.

Qiymət təklifləri hər iki lot üzrə birgə və ya ayrılıqda təqdim oluna bilər.

Eyni zamanda təklif təqdim etməzdən öncə 0125052151 (daxili 8081) nömrəsi ilə əlaqə saxlayıb, inzibati sahəyə baxış keçirmək mümkündür.

 

Maraqlı təşkilatlar əlavə sualları olarsa,  0125052151 (daxili 8184) nömrəsi ilə  əlaqə saxlaya  bilərlər.

Qiymət təklif edən şirkət, AR qanunlarına əsasən fəaliyyət göstərməli, təklif verdiyi xidmət üzrə müvafiq zəruri sertifikatlara malik olmalı və təkliflərlə təqdim etməlidir.

Kotirovka sorğusunda iştirak etmək üçün şifrələnmiş qiymət təklifləri 07.04.2022-ci il, saat 18:00-a qədər [email protected]  elektron ünvanına  göndərilə bilər. Şifrələr təkliflərin açılışı zamanı göndərilməlidir.

Təkliflərin şifrələri iclasda iştirak edən nümayəndə tərəfindən və ya [email protected] elektron poçt vasitəsilə yalnız iclas zamanı bildirilməlidir.

Təkliflərin açılma tarixi  08.04.2022-ci il, saat 15:00 təyin edilmişdir.

Qeyd: Təkliflərin  açılışı zamanı iddiaçı şirkətin nümayəndəsi iştirak etmək üçün [email protected] elektron poçt ünvanına nümayəndə barədə məlumatları (etibarnamə, şəxsiyyət vəsiqəsi və elektron poçt ünvanı) 07.04.2022-ci il, saat 18:00-a qədər göndərilməlidir.

Hörmətlə,

Tender Komissiyası