Kotirovka elan! VMWare WorkspaceONE lisenziyaları

23 Fevral 2022, 00:00

KOTİROVKA ELANI

“Azərikard” MMC üçün aşağıdakı xidmətin kotirovka sorğusu ilə satın alınması məqsədi ilə elan edir.

Adı

Miqdarı

“VMware WorkspaceONE” mövcud lisenziyalarının texniki dəstək xidməti

1 illik

Mobil cihaz üçün yeni lisenziya və1 (bir) illik texniki dəstək xidməti

25 ədəd

 

QEYD: Təhvil-təslim müddəti mütləq qeyd olunmalıdır.

Maraqlı təşkilatlar əlavə sualları olarsa,  0125052151 (daxili 8184) nömrəsi ilə  əlaqə saxlaya  bilərlər.

Texniki suallarla bağlı, 0125052151 (daxili 8183) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Qiymət təklif edən şirkət, AR qanunlarına əsasən fəaliyyət göstərməli, təklif verdiyi xidmət üzrə müvafiq zəruri sertifikatlara malik olmalı və təkliflərlə təqdim etməlidir.

Kotirovka sorğusunda iştirak etmək üçün şifrələnmiş qiymət təklifləri 02.03.2022-ci il, saat 18:00-a qədər Tender@azericard.com  elektron ünvanına  göndərilə bilər. Şifrələr təkliflərin açılışı zamanı göndərilməlidir.

Təkliflərin şifrələri iclasda iştirak edən nümayəndə tərəfindən və ya TenderKomissiyasi@azericard.com elektron poçt vasitəsilə yalnız iclas zamanı bildirilməlidir.

Təkliflərin açılma tarixi  03.03.2022-ci il, saat 15:00 təyin edilmişdir.

Qeyd: Təkliflərin  açılışı zamanı iddiaçı şirkətin nümayəndəsi iştirak etmək üçün Tender@azericard.com elektron poçt ünvanına nümayəndə barədə məlumatları (etibarnamə, şəxsiyyət vəsiqəsi və elektron poçt ünvanı) 02.03.2022-ci il, saat 18:00-a qədər göndərilməlidir.

 

Hörmətlə,

Tender Komissiyası