AZƏRİKARD MMC AÇIQ TENDERƏ DƏVƏT EDİR

27 Fevral 2019, 00:00

Tenderə dəvət
AZƏRİKARD MMC AÇIQ TENDERƏ DƏVƏT EDİR:
 
Tender 1 lot üzrə keçirilir::
lot 1 - Texniki avadanlıqların alınması, quraşdırılması və sazlama işləri
 
 
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Bülbül pr. 54 (Əlaqələndirici şəxs :Qarayev Azər, telefon :(012) 505-21-51 (8064)) ünvanından ala bilərlər .
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
2. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
3. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
5. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
7. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
8. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
9. Digər sənədlər:
 
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). 
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 01 mart 2019-cu il 18:00 qədər Bakı, Bül-bül pr. 54 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 04 mart 2019-cu il 15:00 tarixində Baki şəh. Bül bül pros.54 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
TENDER KOMİSSİYASI