Online Ödəmə

ANİ KART

3-D ŞİFRƏSİNİ ƏLDƏ ET

INTERNET BANKING

YENİ XİDMƏTLƏR

HOP

“Telefon bankçılıq” xidmətinin istifadəsinə dair təlimat

 

 AzəriKard prosesinq mərkəzi öz müştərilərinə məsafəli xidmət olan “Telefon bankçılıq” (Phone Banking) xidmətini təqdim edir. Bu xidmətin köməyi ilə müştərilər banka getmədən və Məlumat mərkəzinin (Çağrı Mərkəzi) operatoru ilə əlaqə saxlamadan öz kartı ilə aşağıdakı əməliyyatları etmək imkanı əldə edir:

•    balansı yoxlamaq
•    kartı bloklaşdırmaq
•    bloklaşmış PIN kodu açmaq
•    “SMS Xəbərdarlıq” xidmətinə qoşulmaq

 

“Telefon bankçılıq” xidmətindən istifadə etmək üçün müştəri birdəfəlik SMS şifrəsi və yaxud bankomatdan əldə edilən birdəfəlik şifrələr vasitəsilə identifikasiya (eyniləşdirmə) keçməlidir.

Məsafəli xidmətin telefon nömrələri aşağıdakılardır: 194, 5984697, 5984376.

 

Bu xidmət aşağıda göstərilən formada işləyir.

 

Müştəri yuxarıda göstərilən telefon nömrələrinə zəng edir və IVR-a (interactive voice response – interaktiv avto cavab) qoşulur. Salamlamanı dinlədikdən sonra dili seçmək təklif olunur (3 dil təqdim olunur: azərbaycan, rus və ingilis dilləri). Seçim edilmiş dilə uyğun olaraq növbəti seçim etmək imkanı təqdim olunur. Kart sahibi 1 rəqəmini seçərək “Telefon bankçılıq” xidmətindən istifadə edə bilər, 2 rəqəmini seçərək operatorla əlaqə yarada bilər və ticarət müəssisələri 3  rəqəmini seçərək əlaqə yarada bilər.

 

1 rəqəmini seçdikdən sonra müştəri interaktiv menyuya qoşulur, orada müvafiq seçimi edərək ona uyğun əməliyyatlar etmək imkanı təqdim olunur. İnteraktiv menyuda aşağıdakı seçimlər təqdim olunur:

•    kartın balansının yoxlanılması
•    itirlən/oğurlanan kartın bloklaşdırılması
•    bloklaşmış PIN kodun açılması
•    “SMS  Xəbərdarlıq” xidmətinə qoşulmaq

 

Kartın tanınması üçün 2 eyniləşdirmə üsulu var:

 

•  SMS şifrələr vasitəsi ilə eyniləşdirmə (“SMS Xəbərdarlıq” xidmətinin istifadəçilərinə mobil telefona SMS vasitəsi ilə 6 rəqəmli şifrə göndərilir)
•  birdəfəlik şifrələr siyahısından şifrə ilə eyniləşdirmə (siyahını AzəriKard-ın xidmət etdiyi istənilən bankomatdan əldə etmək mümkündür. Bu eyniləşdirmə “Internet Banking” və 3D Secure xidmətinin qeydiyyat və istifadəsi zamanı da istifadə olunur).

 

Kartın balansını yoxlamaq

Kartın balansını yoxlamaq seçimi etdikdən sonra kartın nömrəsi daxil edilir, sonra iki növ eyniləşdirmədən biri seçilir. Edilmiş seçimə uyğun şirfə soruşulacaq. Şifrəni düzgün daxil etdikdən sonra balans haqqında məlumat səslənəcək.

 

Kartın bloklaşdırılması

Kartın bloklaşdırılması seçimi etdikdən sonra kartın nömrəsi daxil edilir, sonra iki növ eyniləşdirmədən biri seçilir. Edilmiş seçimə uyğun şirfə soruşulacaq. Şifrəni düzgün daxil etdikdən sonra əməliyyatın uğurlu olması barədə məlumat səslənəcək.

 

Kartın PIN kodunun blokdan çıxarılması

Kartın PIN kodunun blokdan çıxarılması seçimi etdikdən sonra kartın nömrəsi daxil edilir, sonra iki növ eyniləşdirmədən biri seçilir. Edilmiş seçimə uyğun şirfə soruşulacaq. Şifrəni düzgün daxil etdikdən sonra əməliyyatın uğurlu olması barədə məlumat səslənəcək.

 

Kartın ”SMS Xəbərdarlıq” xidmətinə qoşulması

Kartın sms məlumat xidmətinə qoşulması seçimi etdikdən sonra kartın nömrəsi daxil edilir, sonra iki növ eyniləşdirmədən biri seçilir. Eyniləşdirməni uğurla keçdikdən sonra müştəri qoşulma növü seçimi etmək üçün menyu ilə qarşılaşır: 1) Qoşulmaq;2) Qoşulmuş nömrənin dəyişilməsi. Hansı seçimi etməsindən asılı olmayaraq telefon nömrəsini ölkənin və mobil operatorun kodu ilə birgə daxil edilməsi tələb olunur. Sonra nömrə yoxlanılır, əgər qeyd olunan nömrə doğrudursa,  # düyməsinin basılması tələb olunur. Bütün məlumatların düzgün daxil edilməsindən sonra əməliyyatın uğurlu olması barədə məlumat səslənəcək.

Qeyd: Əgər kart xidmətə qoşulub və müştəri Qoşulmaq” seçimi edibsə bu xidmətin artıq qoşulu olduğu haqqda məlumat səslənir və IVR qoşulmuş nömrənin dəyişilməsini seçmək üçün menyuya qayıdacaq.

 

Diqqət: Hər hansı məlumat yanlış daxil edildiyi halda xəbərdarlıq və əməliyyatı yerinə yetirmək üçün edilməli olan addımlar barədə məlumat səslənəcək.



Sorğu

Kommunal ödənişlərinizi necə ödəyirsiniz?